Hörümçək toruna saldığı siçanı üç günə yeyib -VİDEO

12:40 07.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Yalançı qara dul hörümçək" kimi tanınan bir hörümçək növünün siçanı toruna salaraq yediyi anlar kameralara tuş gəlib.

Hafta.az-ın Science Alert-ə istinadən yazdığına görə, latınca adı Steatoda nobilis olan hörümçəklər tez-tez "qara dul hörümçəklərlə" qarışdırıldığı üçün belə adlanırlar.

Steatoda hörümçəklərinin kərtənkələ və yarasalarla qidalandığı məlum idi.

Dünyanın hər yerindən olan fotoqraflar öz bağlarında hörümçəklərin yaxından fotolarını çəkiblər
Yeni müşahidələr onların hətta özlərindən xeyli böyük olan siçanları yediklərini ortaya qoyub.

İrlandiyanın Qoluey Universitetinin zooloqu Mişel Duqon və komandası İngiltərənin cənubundakı Çiçesterdə baş verən hadisənin şahidi olublar. Evin yataq otağında görünən hörümçəyin pəncərənin kənarında dayanıqlı tor fırlatdığı və içərisinə latınca adı "Sorex minutus" olan balaca bir siçan yerləşdirdiyi görülüb. Hörümçəyin siçanı yediyi anların videosunu lentə alan Duqon bildirib ki, ov torda olarkən hələ də sağ imiş. Duqonun sözlərinə görə, siçan hörümçəyin iflicə səbəb olan neyrotoksik zəhəri səbəbindən hərəkət edə bilməyib.

Hörümçək siçanla işini bitirdikdən sonra tədqiqatçılar heyvanı tordan azad edərək öyrənməyə başlayıblar. Bu şəkildə siçanın cinsi müəyyən edilməyib.

Hörümçəyin üç gün siçanla qidalandığı, sonra isə qalıqları yerə atdığı bildirilir. Tədqiqatçıların fikrincə, qalıqları xəz, sümük və dəridən ibarət olub.

Komanda hesab edir ki, siçan yataq otağının pəncərəsinin yaxınlığındakı klasterə dırmaşıb və hörümçək onu öz toru ilə tutub.

Məlumdur ki, "qara dul hörümçəklərin" uzunluğu 11-14 millimetrə çata bilər.

"Sorex minutus" siçanlarının uzunluğu 5 santimetrdir.

Stetoda hörümçəklərinin vətəni Madeyra və Kanar adalarıdır. Bununla birlikdə, insanlar banan idxalı ilə dünyanın qalan hissəsinə daşındıqları üçün bir çox bölgədə invaziv növə çevrildilər.

Onlar Böyük Britaniya, İrlandiya, hətta Türkiyədə yayılıb.