Hoteldəki intiharın səbəbi bilindi - YENİLƏNİB

14:10 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvadakı hotellərdən birində rusiyalı iş adamı və keçmiş senator Umar Cabrailovun intiharının mümkün səbəbi açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda iş adamının maliyyə problemləri üzündən intihar etdiyi ehtimal olunur.

"Cabrailovun son zamanlar maliyyə problemləri var idi və bu da onun intiharının səbəbi ola bilər", - deyə mənbə bildirib.

12:38

İş adamının Moskva hotelində intiharı xəbəri YAYILDI

Çeçenistandan olan keçmiş senator və Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, iş adamı Umar Cəbrayılov Moskvada intihar edib. 

Hafta.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İntihardan sonra qaldığı hoteldə onun yanında silah tapılıb. O, ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilsə də, ölüb. 

İş adamı altı il əvvəl, 2020-ci ildə də hoteldə intihara cəhd etmişdi.