Hövsanda qaz olmayacaq

17:08 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hövsan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə noyabrın 4-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Hafta.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.