ABŞ Livana birbaşa uçuşları bərpa etməyə icazə verdi

09:03 22.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Amerika aviaşirkətlərinin Livana birbaşa uçuşlar həyata keçirməsinə icazə verilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. Bildirib ki, Livan Prezidenti Cozef Aunla görüşündən sonra administrasiyasına ABŞ aviaşirkətlərinin Livana uçuşlarının bərpasına şərait yaratmaq barədə tapşırıq verib. Onun sözlərinə görə, bu addım amerikalıların Livana səfərlərini asanlaşdırmaq məqsədi daşıyır.

Tramp digər ölkələrin də ABŞ-nin bu qərarını nümunə götürəcəyinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının İsrail və Livan, eləcə də Suriya ilə bağlı diplomatik təşəbbüsləri çərçivəsində regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.