“Huzbullah” Suriyada Ukraynadakı savaş üçün rus operatorlara təlim keçir

12:13 12.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Suriyada Rusiyadan olan operatorlara İran istehsalı olan PUA-ların Ukraynaya qarşı müharibədə isrifadəsi üçün təlimlər keçirilir.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi(BKİ) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlar Suriyanın Şayrat aerodromunda təlim keçirlər.

“Moskvalılar üçün təlimlər Livan “Hizbullah” Polisi və İran İnqilab Keşikçiləri tərəfindən Suriyanın “Şayrat” hərbi aerodromunun ərazisində keçirilir”, – deyə məlumatda bildirilir.

Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Livan-İran-Rusiya təlim kursu “Şahed-136” və “Ababil-3” PUA-larının, eləcə də uzaqdan idarə olunan “Raad” təyyarələrinin hazırlanmasını nəzərdə tutur. Bildirilir ki, hərbi təlimlərə “Hizbullah”ın komandirlərindən biri, pilotsuz təyyarələrin istehsalı və texniki xidməti üzrə ixtisaslaşmış Kamal Əbu Sadiq rəhbərlik edir.

“ Ruslarla birgə Moskvanın Ukraynaya qarşı müharibədə PUA operatorları kimi istifadə etməyi planlaşdırdığı Suriya muzdluları da təlim keçirlər”- deyə Ukrayna BKİ-nin verdiyi məlumatda vurğulanır.