İçərisində 3 avtomobil olan anbar yanıb

14:28 24.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.