İƏT-in Baş katibindən Ramazan bayramı TƏBRİKİ

14:28 13.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ramazan bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

Hafta.az xəbər verir ki, Allahdan müsəlmanların tutduqları orucun qəbul olunmasını diləyən Baş katib İslam dövlətlərinə sülh, sabitlik və rifah arzulayıb. O, COVID-19 pandemiyasının tezliklə yox olmasını və bütün dünyada həyatın normal axara dönməsini arzulayaraq qeyd edib: “Qoy, bu Ramazan bayramı pandemiya şəraitində keçən sonuncu bayram olsun!” Əl-Osaymin əlavə edib ki, COVID-19 əleyhinə vaksinlərin bütün insanlar üçün əlçatan olması mühüm məsələdir.

Mesajın sonunda İslam aləmində və bütün dünyada sülh, təhlükəsizlik və inkişaf naminə insanların həmrəy olmasının zəruriliyi vurğulanıb.