İfrat sağçıların iclasına qatılan avstriyalı həkim işdən çıxarıldı

09:26 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyanın bir çox bölgəsində xəstəxanaları olan “Humanomed” sağlamlıq qurumundan verilən yazılı açıqlamada ölkənin Villach şəhərindəki klinikalarda çalışan həkimin 25 noyabrda Almaniyada ifrat sağçı və irqçi qrupların toplantısına qatıldığı bildirilib.

Hafta.az-ın yazdığına görə, açıqlamada “Humanomed” səhiyyə müəssisəsinin sözügedən toplantıda ifrat sağçı dünya görüşünə və yanaşmalara qarşı olduğu deyilib.

Açıqlamada “Humanomed”in etik prinsiplərə, etibara və empatiyaya əsaslanan davamlı, uzunmüddətli sağlamlıq idarəçiliyini mənimsədiyi və sözügedən həkimin əmək müqaviləsinin də bu anlayışa uyğun olaraq ləğv edildiyi qeyd edilib.

25 Noyabr 2023-cü il tarixində Almaniyanın Potsdam şəhərində ifrat sağçı, irqçi qruplar tərəfindən gizli toplantı keçirilib və toplantıda irqçi Kimlik Hərəkatının Avstriyadan sözçüsü Martin Sellnerlə yanaşı bir həkimin də iştirak etdiyi ortaya çıxıb və bu, xarici mətbuatda geniş işıqlandırılıb.