II Elizabetin tabutu olan kortej Edinburq şəhərinə çatıb

23:13 11.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb və Holirud sarayına yönəlib.

Hafta.az xarici KİV-ə istinadla xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək. Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.