II Yelizavetanın ölümündən sonra DÜNYANIN ƏN UZUNMÜDDƏTLİ KRALI ODUR

19:37 09.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bruney sultanı Hassanal Bolkiah Kraliça II Elizabetin ölümündən sonra dünyanın ən uzun müddət padşahlıq edən monarxı olub. Hafta.az bildirir ki, bu barədə cümə günü Daily Mail məlumat yayıb.

1967-ci ildə sultan elan edilən Hassanal Bolkiah taxtda 54 il 339 gün (cümə günü) olub ki, bu da hazırda ikinci yerdə olan Danimarka kraliçası II Marqretin dövründən 4 ildən artıqdır.

Sentyabrın 8-də Bukingem Sarayı tərəfindən vəfatı elan edilən Kraliça II Yelizaveta 70 il 7 ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, III Çarlz adını götürən 73 yaşlı Çarlz idi.