Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi 3 iyun 2023-cü ildə Londondakı Vestminster abbatlığında keçiriləcək. Hafta.az bildirir ki, bu barədə Bloomberg Britaniya hakimiyyətinin nümayəndələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hökumət tacqoymadan əvvəl və sonra hansı günlərin istirahət günləri elan ediləcəyini müzakirə edir.
Eyni zamanda, Bukingem Sarayı tacqoyma mərasimi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.