Global Witness və Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) məlumatlarından alınan nəticəyə görə, Ukrayna hərbi müdaxiləsindən sonra Rusiyadan enerji idxalına son qoymaq istəyən Avropa İttifaqı (Aİ) ölkələri əslində bu gün də Rusiya LNG-sinin ən böyük alıcısıdır.
Hafta.az-ın yazzdığına görə, Aİ ölkələri son vaxtlar Rusiyadan müharibədən əvvəlki vaxtla müqayisədə daha çox LNG idxal edir.
2021-ci ilin yanvar-iyul dövründə Rusiyanın LNG ixracatında Aİ ölkələrinin payı 39 faiz olduğu halda, bu nisbət 2022-ci ildə 49 faizə, 2023-cü ildə isə 52 faizə yüksəlib. Beləliklə, Aİ ölkələri müharibəyə baxmayaraq, Rusiya LNG-nin yarıdan çoxunu satın alıb.
Aİ ölkələri yanvar-iyul aylarında Rusiyadan ümumilikdə 13,2 milyard kubmetrlə rekord miqdarda LNG idxal edib.
Aİ-nin LNG idxalı müharibədən əvvəl 2021-ci ilin eyni dövründə 9 milyard kubmetr səviyyəsində idi. Belə ki, bu ilin 7 ayında Aİ ölkələri tərəfindən Rusiyanın LNG idxalı müharibədən əvvəlki səviyyədən 46,6 faiz artıb. Bundan əlavə, Aİ ölkələri 7 ay ərzində LNG idxalına görə Rusiyaya təxminən 5,3 milyard avro ödəyib.
Aİ ölkələri arasında Rusiya LNG-nin alınmasında birinci yeri İspaniya və Belçika tutub. Bu dövrdə Rusiyanın ümumi LNG satışlarının 18 faizi İspaniyaya, 17 faizi isə Belçikaya həyata keçirilib.
Rusiya qlobal LNG ixracatında Avstraliya, ABŞ və Qətərdən sonra dördüncü yerdədir.
Aİ ölkələri ümumi LNG idxalının 44 faizini ABŞ-dan, 17 faizini Rusiyadan və 13 faizini Qətərdən həyata keçirib.
Aİ-nin ümumi LNG idxal gücü ildə təxminən 157 milyard kubmetrdir. Bu tutum Aİ ölkələrinin ümumi qaz tələbatının təxminən 40 faizini ödəməyə kifayət etsə də, Avropanın müxtəlif yerlərindəki darboğazlar və infrastruktur məhdudiyyətləri LNG-nin bütün ölkələrə ötürülməsinə mane olur.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ istifadə etdiyi təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə ilə Rusiyanın AB-yə təbii qaz nəqlində payı 8 faizə düşüb.
Digər tərəfdən, Aİ keçən il yeni enerji strategiyası hazırladı. Bu kontekstdə Aİ 2027-ci ilə qədər mədən yanacaqlarında Rusiyadan asılılığından tamamilə qurtulmağı planlaşdırırdı. Bununla belə, Aİ-nin Rusiyadan LNG idxalının artması qarşıya qoyulan hədəflə uyğunsuzluğu üzə çıxarıb.
Aİ ölkələri müharibə başlayandan bəri Rusiyadan təxminən 162 milyard avroya qalıq yanacaq alıblar. Bunun 3,4 milyard avrosu kömürə, 64 milyard avrosu təbii qaza, 94,6 milyard avrosu neftə ödənilib. Bu onu göstərir ki, Aİ ölkələri müharibəyə baxmayaraq Rusiyadan qalıq yanacaq almağa davam edir.
Digər tərəfdən, Rusiyadan Avropa ölkələrinə boru kəmərləri ilə təbii qaz nəqli kəskin şəkildə azalıb. Müharibədən əvvəl Rusiya Avropaya ildə 150 milyard kubmetr təbii qaz satırdısa, keçən il bu rəqəm 60 milyard kubmetr civarına düşüb. Aİ təbii qaz kəsirini beynəlxalq bazarlardan böyük miqdarda və baha qiymətə LNG almaqla kompensasiya etməyə çalışır.