İlham Əliyev El-Salvadorun yeni səfirini qəbul edib 

11:10 03.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev dekabrın 3-də El-Salvador Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Haime Kalderonun etimadnaməsini qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.