İlham Əliyev: Azərbaycan COP29-a ev sahibliyi etməkdən şərəf duyur

14:35 24.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Hafta.az-nın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duyur:

“Qısa müddətə baxmayaraq, Azərbaycan COP29-un rahat və səmərəli keçirilməsi üçün bütün lazımi hazırlıqları təmin edib”.