İlham Əliyevdən həmkarına hədiyyə - FOTO

23:23 09.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Hafta.az-ın məlumatına görə, görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib. 

Hədiyyə Ümummilli Lider Heydər Əliyev və BƏƏ-nin ilk prezidenti Şeyx Zayed bin Sultan Al Nahyan arasında 1994-cü ildə Kasablanka şəhərində İslam Sammiti çərçivəsində keçirilən tarixi görüşdən xatirə portreti olub.