İlham Əliyevin adını əbədiləşdirmək üçün qanun qəbul edilə bilər - Qüdrət Həsənquliyev

12:22 12.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İlham Əliyev Allahın seçdiyi və sevdiklərindədir. Onun bir siyasətçi kimi ən üstün xüsusiyyəti insanlarla ünsiyyət qurmaq, onların etibarını qazanmaq məziyyətidir”.

Hafta.az xəbər verir ki, bunu  Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən iclasında bildirib.

Q.Həsənquliyev bildirib ki, dünyanın bir çox liderləri İlham Əliyevlə dostluq, müttəfiqlik etmiş, sözünü tutan bir lider kimi qəbul etmişdilər.

“Geosiyasi vəziyyəti düzgün qiymətləndirmək, əlverişli coğrafi şəraitdən səmərəli istifadə etmək bacarığı ona  ölkəmiz üçün həyati əhəmiyyət daşıyan bir çox transmilli layihələrin həyata keçirilməsinə imkan vermişdi”. 

Deputat Prezidentin 20 illik fəaliyyətinin nəticəsi olaraq işaldan azad olunmuş torpaqlarımızın gələcək inkişafına gedən yolun xəritəsinə nəzər salmaqla, İlham Əliyevin adını əbədiləşdirmək üçün qanunun qəbul edilməsini təklif edib.

Deputat Xankəndində Prezidentin adına Məscid inşa edilməsini təklif edib.

Siyasət rubrikasından digər xəbərlər