İlham Əliyevin düşünülmüş siyasəti bizi qələbədən qələbəyə aparır - Spiker

11:08 01.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, Azərbaycan xalqı 2020-ci ili uğurla başa vurub və 2021-ci ilə böyük uğur və ümidlərlə daxil olub.

Spiker vurğulayıb ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdi:

“Döyüş meydanında əldə olunan qələbə siyasi müstəvidə də təsdiq edilib və Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Biz doğma torpaqlarımıza, Qarabağa, Qarabağın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi olaraq yaşayacağıq”.