Yazını böyüt
Yazını kiçilt
Hindistanın Racastan ştanının sakini nadir xəstəlik üzündən ilin 300 gününü yatır. Hafta.az India Today nəşrinə istinadla xəbər verir ki, hazırda 42 yaşı olan Purkxaram 23 il əvvəl qipersomniya kimi nadir görülən xroniki nevroloji xəstəliyə yoluxub.
Bu xəstəlik onun həyat tərzinə ciddi təsir edib. O, yatdığı zaman çox gec ayılırmış.
"Əvvəllər o, ardıcıl olaraq 5-7 gün yatırdı. Biz həkimə müraciət etdik. Məlum oldu ki, bu xəstəlik müalicə edilmir. Vəziyyəti getdikcə pisləşdi, sonradan ayın 20-25 gününü yatmağa başladı" - kişinin qohumları deyib. Xəstəlik səbəbindən Purkxaram ona məxsus maqazinə ay ərzində cəmi 5 gün nəzarət edə bilir.
O, neçə gün yatdığını mağazasının qapısına yığılan qəzetlər sayəsində öyrənir.