İllər sonra supermarketdə rastlaşdılar, ƏKİZ OLDUQLARINI ÖYRƏNDİLƏR

15:10 29.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əkiz bacılar supermarketdə rastlaşmayana qədər bir-birlərinin mövcudluğundan xəbərsiz olublar.

Hafta.az New Straits Times nəşrinə istinadla xəbər verir ki, Adriani İvani bir gün düşərgəyə getdiyində digər məktəbin uşaqları ona çox bənzəyən Noratira adlı bir qızın onlarla bərabər oxuduğunu söyləyiblər. Yeni tanışları ona bacısının sosial şəbəkədəki profilini göstərdikdə Adriana özü də xarici görünüş bənzərliyindən şoka düşüb.

Evə gələn qız Nortiranın şəklini valideynlərinə də göstərdikdə ata-anası bu bənzərliyi ciddiyə almayıblar. Lakin 2019-cu ildə Adriana özünün oxşarı ilə doğma şəhərləri Kota-Barudakı marketlərdən birində rastlaşıblar. "Biz bir-birimizə baxıb çox təəccübləndik" - deyə Adriana bacısı ilə ilk görüşü xatırlayarkən deyir.  2020-ci ildə İvani sosial şəbəkədə ad günü ilə bağlı şəklini yenilədikdə bacıların ümumi tanışları Noratiranın da 19 avqustda dünyaya gəldiyini söyləyiblər. Nəticədə bacılar DNK testi veriblər, onların bir yumurta əkizi olduğu aşkarlanıb.

Sonradan aydınlaşıb ki, həkimlər onları səhv salıblar. Nəticədə bacılar ayrı-ayrı ailələrə düşüblər. Həqiqət aşkarlandıqdan sonra valiyenlərini itirən Noratira özünün yeni ailəsinə köçüb.