Dünyanın ən varlı adamı, Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask onu qorxudan üçüncü dünya müharibəsi və Krımın perspektivləri haqqında aktiv şəkildə tvit yazmağa davam edir.
Hafta.az bildirir ki, istifadəçinin nüvə müharibəsinin mümkün olub-olmaması ilə bağlı sualına cavab olaraq Mask yazıb:
"Rusiya Krımı itirmək və ya taktiki nüvə silahından istifadə seçimi qarşısında qalacaqsa, ikincini seçəcək. Biz artıq Rusiyaya qarşı bütün mümkün sanksiyaları tətbiq etmişik. Ona görə də onların itirəcək heç nələri yoxdur, əgər biz Rusiyaya nüvə zərbəsi ilə cavab versək, bizi nüvə silahı ilə vuracaqlar – sonra üçüncü dünya müharibəsi baş verəcək”.
Daha sonra başqa bir tvitində Mask Krım haqqında nə düşündüyünə aydınlıq gətirib. İstər-istəməz Rusiya Krımı tamamilə Rusiyanın ayrılmaz hissəsi hesab edir, amerikalı milyarder yazıb. "Krım ABŞ-ın Havay və Pearl Harboru itirməsi kimidir”.