“İmişli"nin yeni baş məşqçisi müəyyənləşib

20:43 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Premyer Liqa təmsilçisindən hafta.az-a verilən məlumata görə, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

“İmişli” 2024/2025-ci illər mövsümündə məhz Fərid Namazovun rəhbərliyi altında I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.