İmişlidə 5 otaqlı ev yanıb

21:39 23.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.