Yazını böyüt
Yazını kiçilt
Pakistanın keçmiş baş naziri, müxalifətdəki Ədalət Hərəkatı Partiyasının (JZM) lideri İmran Xanın vəkilləri onun dələduzluq ittihamı ilə üç illik həbs cəzasının ləğvi üçün İslamabad Ali Məhkəməsinə apellyasiya şikayəti verib. Bu barədə Dawn qəzeti məlumat yayıb.
Qəzetin istinad etdiyi müdafiə tərəfinin məhkəməyə müraciətində deyilir: “Birinci instansiya məhkəməsinin qərarı qərəzlidir, qanun baxımından etibarsızdır və ləğv edilməlidir”.
Apellyasiya şikayətində iddia olunur ki, məhkəmə Xanın müdafiə hüququndan məhrum edib, müttəhimə və onun müdafiəsinə etinasızlıq nümayiş etdirib.