İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb

12:34 07.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan tələbələr Təhsil Tələbə Krediti Fondundan kredit götürə bilər.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, Azərbaycanda ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir. “Tələbələrin 28674-ü akademik borcu olanlardır ki, bu da həmin tələbələrin 20-30 faizini təşkil edir.

41291-inin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir", - deyə o bildirib.