Hindistanda fəaliyyət göstərən müdafiə sənayesi şirkəti BrahMos Aerospace, səsdən sürətli raketlərin satışı üçün İndoneziya ilə ən azı 200 milyon dollarlıq razılaşma əldə etməyə yaxın olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Hindistanın müdafiə şirkəti açıqlamasında bildirib ki, bu il milyonlarla dollarlıq səsdən sürətli raketlərin satışı üçün İndoneziya ilə razılığa gəlmək üzrədir.
Rusiya-Hindistan müştərək müdafiə sənayesi şirkəti BrahMos Aerospace-in baş direktoru Atul D.Rane,” “Reuters”ə verdiyi açıqlamada İndoneziya ordusunun böyük maraq göstərdiyi, döyüş gəmilərində istifadə oluna bilən, sahildə yerləşdirilə bilən səsdən sürətli qanadlı raketlərə, Cakarta administrasiyasına bu il ərzində 200-350 milyon dollara satıla bilər.
Məlumdur ki, İndoneziya Çinin Cənubi Çin dənizində və onun ətrafında artan iştirakına cavab olaraq silah və digər hərbi texnikaya xərclərini artırıb.