Kraliça II Yelizaveta dünyasını dəyişəndən sonra haqqında yayılan maraqlı xəbərlərdən biri də onun çantaları barəsindədir.

Hafta.az-ın yazdığına görə, məlum olduğu kimi, kraliça heç vaxt əl çantası olmadan ictimaiyyətə görünməyib.

Kral ailəsinin müxtəlif ekspertlərinin fikrincə, çantalar kraliça üçün təkcə moda ünsürü deyildi, həm də yanında keçirilən danışıqların nə vaxt bitməsini istədiyini göstərən gizli mesajlar göndərirdi.

Məşhur və əhəmiyyətli insanlarla görüş keçirən kraliça II Yelizaveta üçün aldığı təhlükəsizlik tədbirləri baxımından çantalarla verdiyi mesajlar da sözsüz icra olunub.

Kral ailəsinin eksperti Kristen Meynzerin sözlərinə görə, məsələn, kraliça müzakirələr zamanı əl çantasını bir əlindən digərinə keçirirsə bunun mənası odur ki, nümayəndələrindən biri gəlib dialoqa müdaxilə etsin.
Kral tarixçisi Hugo Vickers də deyir ki, əgər kraliça dialoqu dərhal bitirmək istəyirsə, o zaman əl çantasını yerə qoyur və ya üzüklərindən birini fırlatmağa başlayırmış.

Kraliça naharın tez başa çatmasını istədiyi zaman çantasını masanın üstünə qoyurmuş.
Başqa bir misal, əgər kraliça II Yelizaveta qonaqlarının Bukinham sarayını tərk etmələrini istəyəndə, gizli zəngi basırmış.
Kraliçanın çantasında qadının daşımaq istəyə biləcəyi əşyalar, məsələn, pomada və ya bazar günü kilsə mərasimlərinə gedəndə ianə olaraq verməsi üçün 5 və ya 10 sterlinq əskinaslar olarmış.