İngilis Pərakəndəçilər Dərnəyinin (BRC) bəyanatında ifadələri yer alan BRC Qida və Davamlılıq Direktoru Andrev Opaye, qara çay tədarükündə müvəqqəti fasilələr gördüklərini və bunun istehlakçılara təsir edəcəyini düşündüklərini deyib.
Hafta.az-ın yazdığına görə, ölkənin ən böyük ərzaq şəbəkələrindən olan "Sainsbury's" də istehlakçılara ölkə daxilində çay tədarükündə fasilələr olduğu barədə xəbərdarlıq edib.
Yəməndə husilərin Qırmızı dənizdə İsraillə əlaqəsi olan ticarət gəmilərinə qarşı başlatdığı hücumlardan sonra bölgədə gərginlik artmaqda davam edir. Bu hücumlardan sonra əksər gəmiçilik şirkətləri alternativ marşrutlara üstünlük verir və çatdırılma müddətində fasilələrə səbəb olur. Marşrutlarını Ümid burnuna dəyişən gəmilərin səyahət müddətini 10-14 gün uzatdığı təxmin edilir.
Dünyada beşinci ən böyük çay idxalçısı olan Böyük Britaniyanın çay təchizatının əksəriyyəti Keniya və Hindistan tərəfindən təmin edilir. Qırmızı dəniz marşrutu bu ölkələrdən tədarük üçün istifadə olunur, lakin gərginlik səbəbindən bu marşrut müvəqqəti fasilələr yaradan Ümid burnu ilə əvəz edilib.