Moskvanın M125 yerli icma şəbəkəsi insanların mənşəyi ilə bağlı sorğunun nəticələrini dərc edib.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, Moskvada yaşayanların 58 faizi insanların “meymunlardan təkamül etdiyinə” inanır. Bölgələrə görə nəticələri dərc edən qəzet, Arbatda bu nisbətin yüzdə 69-a qədər olduğuna diqqət çəkib.
İnsanların “meymundan yox, Allahdan gəldiyinə” inananların nisbəti bəzi rayonlarda daha yüksəkdir. Qəzet bu rayonları Tver, Hamovniki, Kapotnya və Sokolniki kimi qeyd edib.
İştirakçıların sayı və dini mənsubiyyəti ilə bağlı xəbərlərdə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, dünyada yeganə Darvin Muzeyi Moskvada yerləşir.
Sentyabrın 19-da Rusiya baş nazirinin müavini Müslüm Huçiyev təhsil naziri Sergey Kravtsova Darvin nəzəriyyəsinin məktəb proqramlarından çıxarılmasını təklif edib. Hüçiyev təkamül nəzəriyyəsinin “səhv” və “dinə zidd” olduğunu iddia edib. Huçiyevin təklifini ailə, analıq və uşaqların müdafiəsi üzrə patriarxal komissiyanın rəhbəri, keşiş Fyodor Lukyanov da dəstəkləyib. Lukyanova görə, Darvinin nəzəriyyəsi "yanıltıcıdır" və buna görə də məktəb proqramından çıxarılmalıdır.
Ancaq sentyabrın 30-da Patriarx Kirill təkamülün Allahın planına zidd olmadığını və Çarlz Darvinin nəzəriyyəsini dinə qarşı bir arqument olaraq görmədiyini bildirdi. Rus Pravoslav Kilsəsinin lideri də Darvinin çox dindar bir insan olduğunu vurğulayıb.