İran-ABŞ məsləhətləşmələrinin üçüncü raundu başa çatdı

23:18 26.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında Cenevrədə keçirilən üçüncü məsləhətləşmələr raundu başa çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr əl-Busaidi məlumat yayıb.

Onun sözlərinə görə, İran və ABŞ nümayəndələri öz ölkələrinin liderləri ilə məsləhətləşmələr apardıqdan sonra danışıqların bərpası barədə razılığa gəliblər.