İran ermənilərə Atom bombası vermir ki, biz bundan belə narahat oluruq – Politoloq

18:15 13.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İranın yük dolu maşınlarının Xankəndiyə gəlməsi ilə bağlı deyə bilərəm ki, oradan Azərbaycanın milli təhlükəsizliyimizə ciddi təhlükə yaradacaq heç nə gətirə bilməzlər. 

Bu fikirləri hafta.az-a politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq hesab edir ki, Qarabağda 15 min erməni əhalisi qalıb.  Onların arasında 1000-1500 nəfər silahlı erməni var, silahları da əsasən avtomatdan, qumbaraatanlardan ibarətdir:

“Onlar bu resursla Azərbaycana neyliyə bilərlər, heç nə!. Qarabağda Azərbaycanın 50 minə yaxın  hərbi qoşun hissələri var. İran ermənilərə Atom bombası vermir ki, biz bundan belə narahat oluruq. Ermənilərin bu hay-küyü Azərbaycan üçün heç bir təhdid doğura bilməz. İrandan Ermənistana hansısa mallar gəlir, orda sürücülər də alacaqları pulun müqabilində hərəkət edirlər. İran Qarabağa Azərbaycan üçün təhdid doğuran heç nə göndərməz. Sadəcə İran xalqı buna yol verməz”.