İran Ermənistanın Azərbaycana qarşı hərbi cinayətinə şərik çıxan ölkədir - Bəxtiyar Əliyev

12:27 07.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Niyə İran 30 il müddətində Azərbaycan toraqlarını işğal edən, Xocalı, digər soyqırımları törədən, minlərlə azərbaycanlıları öz yurdundan didərgin düşməyə məcbur edən, insan hüquqlarını pozan Ermənistana qarşı bir dəfə də olsun etiraz bildirib, beynəlxalq ictimaiyyətdən qınanmasını tələb etməyib. Əksinə, Ermənistanı müdafiə edərək, diplomatik əlaqələrini genişləndirib”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəxtiyar Əliyev İran parlamentində Azərbaycana qarşı saxta ittiham üzərində qurulan bəyanatla bağlı müzakirələr zamanı bildirib. 

Deputat bəyan edib ki, İran Ermənistanın Azərbaycana qarşı hərbi cinayətinə şərik çıxan ölkədir.

“Tehranda Azərbaycan səfirliyinə qarşı terror əvvəlcədən planlaşdırılmış akt idi. İran həmin terrordan sonra özünün ifşa olunduğunu görərək terror aktını törədən şəxsin ruhi xəstə olduğunu bəyan etdi”.

B.Əliyev bu yaxınlarda deputat Fazil Mustafaya qarşı düşünülmüş terror aktını qətiyyətlə pisləyərək, bütün izləri İrana aparan istintaq araşdırmasına diqqət çəkib.

“Məqsəd Azərbaycanda ictimai siyasi sabitliyi pozmaq, Azərbaycanın həyata keçirdiyi layihələrin qarşısını almaqdır. Azərbaycanda insan haqları ən yüksək səviyyədə təmin edilib, demokratiya, din, söz azadlığı qurulub. Azərbaycana Avropa və Şərq arasında böyük rolu var və  Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Bütün bunlar İranı narahat edir. Azərbaycan xalqı, hər bir vətəndaş İranın bu addımlarını qınayır”.

Siyasət rubrikasından digər xəbərlər