İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

10:15 20.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.