İran kartof ixracını dayandırdı

19:00 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın bəzi vilayətlərində və böyük şəhərlərində bahalaşma səbəbi ilə kartof ixracı dayandırılıb.

Hafta.az xəbər verir ki, bunu İranın Mərkəzi Kənd Kooperasiyası Təşkilatının sədr müavini Murtaza Motəmed yerli mediaya açıqlamasında deyib.

Onun dediyinə görə, İranın Kənd Təsərrüfatı Nazirliyi ehtiyatdan kartofun vilayət bazarlarına göndərilməsinə göstəriş verib.

Motəmed bildirib ki, ölkədə hazırda kartof çatışmazlığında hər hansı problem yoxdur və müxtəlif vilayətlərdə bu məhsulun bazarlara satışa çıxarılması ilə qiymətlərin normallaşacağı gözlənilir.