İran Polşanın göndərdiyi 820 min aşını geri qaytarır - ABŞ-da istehsal olunduğu üçün

14:10 22.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hökuməti, Polşa tərəfinin onlara yardım olaraq göndərdiyi 820 min aşını geri qaytarır.

Hafta.az-ın yazdığına görə, buna səbəb həmin aşıların ABŞ istehsalı olmasıdır. İran dövlət telekanalında səslənən xəbərdə bu haqda səhiyyə naziri Məhəmməd Haşiminin məlumat verdiyi deyilir. O, 820 min AstraZeneca aşısının ABŞ-da istehsal olunduğunu əsas gətirərək, həmin dərman vasitəsinin geri göndərilməsi məqsədilə hazırda Polşanın Tehrandakı səfirliyi ilə danışıqlara başlandığını əlavə edib.  

Xatırladaq ki, İranın dini lideri Əli Xamenei, 2020-ci ildə etdiyi çıxışı zamanı ABŞ və Britaniya istehsalı olan aşıların nəyin bahasına olur-olsun, ölkəyə buraxılmayacağını bildirmişdi.