Yazını böyüt
Yazını kiçilt
Tehran həqiqətən də Rusiyaya yer-yer raketləri və daha təkmil kamikadze dronları tədarük edəcəyinə söz verib. Hafta.az bildirir ki, bu barədə Reuters agentliyinə bu gün, oktyabrın 18-də iki İran mənbəsi məlumat verib.
Mənbələr sövdələşmənin oktyabrın 6-da bağlandığını iddia edirlər. Bu gün İranın vitse-prezidenti Məhəmməd Moxber və SEPAH-ın iki yüksək rütbəli üzvü silah danışıqları üçün Moskvaya səfər edib.
İranlı diplomatlardan biri agentliyə deyib: “Ruslar daha çox İran pilotsuz təyyarələri və daha dəqiq ballistik raketlər, xüsusilə Fateh-110 və Zolfaghar tələb edib”.
Qərb rəsmisi Reuters agentliyinə təsdiqləyib ki, İran və Rusiya arasında Zülfüqar da daxil olmaqla qısa mənzilli raketlərin tədarükünə dair razılaşma var.