İran son bir ayda 43 min əfqanı deportasiya edib

13:15 04.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban hökuməti son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə vətənlərinə qayıtdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Taliban hökumətinin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid mövzu ilə bağlı mətbuata açıqlama verib.

“Son bir ayda 43 mindən çox qanuni sənədi olmayan əfqan İran tərəfindən deportasiya edilib. Təxminən 46 min əfqan isə öz istəyi ilə Əfqanıstana qayıdıb”, - Rəşid deyib.

İran rəsmiləri vaxtaşırı verdiyi açıqlamalarda ölkə ərazisində təxminən 5 milyon əfqanın yaşadığını bildirir.

İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir.