İran və Əfqanıstan sərhədində silahlı insident baş verib

18:49 31.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün günortadan sonra İranla Əfqanıstan sərhədində iki ölkə sərhədçiləri arasında silahlı insident baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə İranın yerli rəsmilərindən biri IRNA-ya açıqlama verib.

İranlı rəsminin açıqlamasına görə, İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Hirmənd rayonu sərhədində Əfqanıstan qüvvələri İran sərhədini keçmək istəyiblər. Silahlı insidentdə İran tərəfindən hər hansı itki olmayıb.

Əfqanıstanda bəzi KİV-i ağır artilleriyanın müşayiəti ilə baş verən silahlı insidentdə Əfqanıstan tərəfindən bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.