İranda 34 qadın məhbus aclıq aksiyasına başlayıb

09:04 16.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məhsa Əmini adlı gənc qadının polis idarəsində öldürülməsindən sonra başlayan etirazların ikinci ildönümü ərəfəsində İranın Evin həbsxanasında 34 qadın siyasi məhbus aclıq aksiyasına başlayıb.

Hafta.az-ın yazdığına görə, 2021-ci ildən Tehranda həbsdə olan Nobel Sülh Mükafatlı fəalın təsisçisi Nəergis Məhəmmədi Fondu “X” platformasında verdiyi açıqlamada, “Evin-in məhbus qadınları İranda hakimiyyətin zülm siyasətinə qarşı bir daha etirazçılarla həmrəy olduqlarını bildirərək ideoloji səbəblərdən aclıq aksiyasına başlayıblar. Demokratiya və azadlığı bərqərar etmək əzmini bir daha təsdiqləyirik... Bu gün biz səsimizi ucaldırıq. Əzmimiz mübarizəmizi və  iradəmizi gücləndirir” deyə bildirib.

Fəalın hesabında qadın məhbusların etiraz mahnıları və şüarlar səsləndirdiyi video yayımlanıb.

"Şərq əl-Avsat"ın əldə etdiyi məlumata görə, bir kürd insan haqları təşkilatı hakimiyyət orqanlarının Məhsa Əmininin valideynlərini müvəqqəti ev dustağı etdiyini və təlimatı pozacaqları təqdirdə onların həbs olunacaqları barədə xəbərdarlıq etdiyini bildirib.