İranda daha 39 nəfər koronavirusdan ölüb

15:12 05.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 39 nəfər koronavirusdan (COVID-19) ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 407 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4615 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 175 780 nəfərə çatıb.