İranda daha 44 nəfər koronavirusdan öldü

13:43 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 44 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Hafta.az xəbər verir, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 451 nəfərə yüksəlib.

 

İranda son 24 saat ərzində 4228 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7180008 nəfərə çatıb.