İranda son sutkada 120 nəfər koronavirusdan ölüb

14:54 07.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 120 nəfər ölüb.

Hafta.az-ın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 81 183 əfərə yüksəlib.

İranda ötən sutka ərzində 4 907 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 971 270 nəfərə çatıb.