İrandakı Səfirliyin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir

16:35 13.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.

Hafta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək", - deyə XİN-dən bildirilib.

Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Faks: 22596310

Elektron poçt: [email protected]