İrandakı vəziyyətlə əlaqədar BAEA-nın növbədənkənar iclası çağırılıb

16:55 01.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sabah növbədənkənar təcili iclas keçirəcək.

Hafta.az xəbər verir ki, iclas İrandakı vəziyyətlə əlaqədar Rusiyanın müraciəti əsasında baş tutacaq. Diplomatik dairələrin rəyinə görə, fevralın 28-də baş verən hücumlar zamanı İranın nüvə obyektlərinə zərər dəyməsinə dair heç bir əlamət yoxdur. Lakin İran nümayəndəliyi nüvə obyektləri üçün təhlükənin mövcudluğuna dair xəbərdarlıq edib və bu məsələnin BAEA qremiyalarında müzakirə edilməli olduğunu bildirib.