İrandakı zəlzələ yenidən Naxçıvanı da silkələdi

21:46 23.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saat 20:00-da Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb.

Bu barədə hafta.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss olunub.