İranın ilk cəhdləri uğursuz oldu - politoloq

20:04 28.01.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

 İran birinci Azərbaycan-Ermənistan müharibəsində də iki ölkə arasında diplomatik gedişlər  etdi.  Tehran Azərbaycan-Ermənistan tərəflərinin görüşünü də təşkil etdi, amma bu, sonda uğursuzluğa duçar oldu...

Bu fikirləri hafta.az-a beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı deyib. Onun sözlərinə görə, İran o zaman diplomatik görüşləri ona görə təşkil edirdi ki, Rusiyanın Qafqazda hegemon olmasını istəmirdi. Həmin dövrlər Rusiya bəzi məsələlərdə zəif idi:

"Buna rəğmən İran sonda istədiyini edə bilmədi.  Hazırda isə İranın etdiyi diplomatik gedişlər, o cümlədən Xarici İşlər nazirinin səfərləri ilə özünün Qafqazda varlığını göstərmək məqsədi güdür.  Amma İranın hazırda Rusiyaya qarşı hər hansı təsir gücü yoxdur. Və  hətta bəzi məsələrdə Rusiyadan aslıdır... 

İrəvana səfərində isə  Cavad Zərif göründüyü kimi, Bakıda etdiyi xoşagəlimli jestləri  fərqli diplomatik uslubda Ermənistan tərəfinə də etdi və  “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - söylədi..."