İranın kəşfiyyat naziri Səudiyyə Ərəbistanını hədələdi: SƏBRİMİZ TÜKƏNƏ BİLƏR!

12:55 10.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın kəşfiyyat naziri İsmayıl Hatib Səudiyyə Ərəbistanını hədələyib.

Hafta.az-ın yarı rəsmi "Fars" xəbər agentliyinə istinadən yazdığına görə, Xətib Səudiyyə Ərəbistanına qarşı “strateji səbir” siyasətinin davam edəcəyinə dair heç bir zəmanət olmadığını bildirib.

İ.Hatib, rasional mövqe sərgiləyərək strateji səbir siyasəti izlədiklərini deyərkən, "düşmənçilik davam edərsə" səbrlərinin tükənəcəyini bildirib. O, “İranın səbri tükənərsə, Səudiyyə Krallığındakı şüşə saraylar dağılacaq, sabitlik yox olacaq” təhdidləri səsləndirilib.

İran ölkədə davam edən etirazlara görə “xarici qüvvələri” günahlandırır və Səudiyyə Ərəbistanı da ittiham olunan tərəflər arasındadır. Keçən ay İnqilab Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami də Səudiyyə Ərəbistanını təhdid etmişdi. Onun hədəsinə əsasən İranın xüsusilə Yəməndə fəaliyyət göstərən husilər və ölkədəki şiə əhalinin köməyi ilə Səudiyyə Ərəbistanını hədəfə ala biləcəyi düşünülürdü.

Bundan əlavə, İraqda yerləşən şiə qrupları da keçmişdə Səudiyyə Ərəbistanını hədəfə almışdılar.

Siyasət rubrikasından digər xəbərlər