Yazını böyüt
Yazını kiçilt
İranın Qeşm adası və Sirik liman şəhəri yaxınlığında bir neçə partlayış baş verib.
Hafta.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb. Məlumata görə, Bəndər Abbas şəhəri yaxınlığında da partlayış səsləri eşidilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmilərə hücum edildiyi iddialarından sonra İrana qarşı zərbələr endiriləcəyini açıqlamışdı.