Yazını böyüt
Yazını kiçilt
NATO Dövlət və Hökümət başçılarının 36-cı zirvə toplantısında iştirak etmək üçün Ankarada səfərdə olan ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin saziş bağlamaq niyyətində olduqlarını dilə gətirib.
Hafta.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.
"Düşünürəm ki, onların hər ikisi saziş bağlamaq istəyirlər. Təəssüf ki, bu, çox vaxt apardı. Amma hesab edirəm ki, nəticə əldə olunacaq", – deyə Tramp Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
Ağ Ev rəhbərinin sabah Ukrayna lideri Volodimir Zelenski ilə görüşü gözlənilir.