Bu ölkədə 5 bal gücündə zəlzələ olub

09:47 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin cənub-qərbindəki Siçuan əyalətində 5 bal gücündə zəlzələ olub.

Hafta.az Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə saat 10:08-də (Bakı vaxtı ilə 6:08) İbin şəhərinin Qaosian rayonunda qeydə alınıb.

Zəlzələnin episentri yer səthindən 6 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilmir.