İranın xarici işlər naziri Pakistana gedir

14:43 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abdullahian yanvarın 29-da Pakistanda olacaq.

Səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə gerçəkləşəcək.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.